Finalın püşkü atıldı
Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb. Mərasimdə Peşəkar Futbol Liqasını texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, “Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” Futbol Klubu olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.