Kante Fransa nəhənginin hədəfində

Kante Fransa nəhənginin hədəfində

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin mövsümün sonunda klubunu dəyişəcəyi gözlənilir. Fransa millisinin futbolçusu PSJ-nin hədəfindədir.

Parislilər futbolçunun keçidini yayda həll etmək istəyir. Yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran klub rəhbərliyi 30 yaşlı oyunçunun keçidini vacib sayır.

PSJ ötən yay da Kante ilə bağlı danışıqlara başlamaq istəyib. Amma London klubu transferlə bağlı danışıqlardan qəti şəkildə imtina edib.

Qeyd edək ki, Kante 2016-cı ildə “Lester”dən “Çelsi”yə keçib.

ETOPAZ

Əvvəlki yazı

Ukrayna Polşada oynamağa razılıq verdi

Növbəti yazı

Polşa Rusiya ilə oynamaqdan imtina etdi