Kanselu qarət olundu
“Mançester Siti”nin futbolçusu Joau Kanselu xoşagəlməz hadisə ilə üzləşib. 27 yaşlı portuqaliyalı 4 cinayətkar tərəfindən qarət edilib.
Hadisə zamanı müdafiəçi ailəsi ilə birlikdə olub. Cinayətkarlar onun zinət əşyalarını alıblar. Hadisə zamanı futbolçu yüngül xəsarət alıb.