Adelaidada üç imtina

Adelaidada üç imtina

Adelaidada keçiriləcək turnirin iştirakçıları siyahısında dəyişikliklər olub. Üç tennisçi yarışa qatılmaqdan imtina edib.

Dünyanın üçüncü raketkası Qarbinye Muqurusa da bunlar arasındadır. Reytinqdə 23-cü olan Belinda Bençiç və 28-ci Alyona Ostapenko da turnirdən kənar qalıb.

Onların imtina səbəbləri bəlli deyil. Yanvarın 4-də başlayacaq turnirdə bu “üçlüy”ü Kristina Kuçova, Kayya Yuvan və Misaki Doi əvəz edəcək.

ETOPAZ

Əvvəlki yazı

Kanselu qarət olundu

Növbəti yazı

“Denver”in oyunu təxirə salındı