Kanninqemdən rekord

Kanninqemdən rekord

2021-ci ilin draftının bir nömrəsi Keyd Kanninqem şəxsi rekorduna imza atıb. “Detroyt”un basketbolçusu bir matçda 29 xal toplayıb.

Bu, “Yuta” ilə qarşılaşmaya təsadüf edib. O, 126:116 hesablı qələbədə pay sahibi olub.

Keyd 38 dəqiqə ərzində 17 atışın 10-da dəqiq olub. Onun 4 cərimə atışı da dəqiq alınıb. Kanninqem 8 ötürmə, 2 topalma və 2 blok-şot müəllifi olub. Bu görüşə 22 xal geridə olan “Pistons” oyunda dönüş yarada bilib.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”dan Çempionşipə

Növbəti yazı

“İnter” Brozoviçlə anlaşdı