Kanadadan İnsinyeyə təklif

Kanadadan İnsinyeyə təklif

Lorenso İnsinye yeni təklif alıb. “Napoli”nin hücumçusu karyerasını MLS-də davam etdirə bilər.

30 yaşlı futbolçunun xidmətində “Toronto” maraqlıdır. Kanada klubu artıq İnsinyeyə təklif də göndərib.

MLS klubu forvarda ildə 8 milyon avro ödəməyə hazırdır. Ona 3 illik anlaşma təklif olunub. Lorensonun İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Demarkusdan ardıcıl ikinci rekord

Növbəti yazı

“Everton”un oyunu təxirə salındı