Kamada “Milan” yolunda
Daiti Kamadanın durumuna aydınlıq gəlmək üzrədir. O, “Milan”a keçəcək.
“Ayntraxt”la müqaviləsi iyunun 30-da başa çatacaq yarımmüdafiəçi İtaliya klubuna azad agent kimi qoşulacaq. Yaponiya millisinin 26 yaşlı futbolçusu 5 illik anlaşma imzalayacaq. “Atletiko” və Dortmund “Borussiya”sının da heyətinə qatmaq istədiyi Kamada “rossonyeri”nin təklifini qəbul edib.