Kloppun transfer siyahısı hazırdı

Kloppun transfer siyahısı hazırdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib. 55 yaşlı məşqçi yeni mövsümdə transfer ediləcək futbolçuları ən qısa zamanda sərəncamında görmək istəyir.

Almaniyalı çalışdırıcı iyulun əvvəlinə kimi üç futbolçunun transferini başa çatdırmağı planlaşdırır. O, xüsusilə mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi və mərkəz yarımmüdafiəçisi ilə müqavilə imzalamaqda israrlıdır. Bundan əlavə, mersisaydlılar irlandiyalı qapıçı Kuivin Kelleherin mümkün gedişi fonunda əvəzedici qapıçı almalı olacaqlar.

ETOPAZ

Əvvəlki yazı

Kamada “Milan” yolunda

Növbəti yazı

Benzemaya Səudiyyə Ərəbistanından təklif