“Kalyari” baş məşqçisini dəyişir

“Kalyari” baş məşqçisini dəyişir

İtaliya A seriyasında daha bir baş məşqçi istefası gerçəkləşəcək. “Kalyari” Valter Matsari ilə vidalaşacaq.

35-ci turda “Verona”ya 1:2 hesabı ilə uduzan komanda 17-ci pillədə qərarlaşıb. İki matç az keçirən “Salernitana”nı cəmi 3 xal qabaqlayan “Kalyari” B seriyasına yuvarlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu durumdan narahat olan klub rəhbərliyi son üç turda yeni baş məşqçiyə güvənmək niyyətindədir. Bu posta əsas namizəd Valter Dzenqa və Alessandro Aqostinidir.

ETOPAZ

Əvvəlki yazı

Runenin ilk titulu

Növbəti yazı

Günün kuponu – 02.05.2022