Günün kuponu – 02.05.2022
Мançester Yunayted – Brentford QOL/QOL
“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasına düşmək şansını demək olar ki, itirib. Statistikasını daha da yaxşılaşdırmaq üçün dəridən-qabəqdan çıxan Kriştiano Ronaldodan başqa futbolçular bu tale ilə barışmış kimi görünür. Komanda çox pis oynayır.
“Brentford” isə Tomas Frankın gəlişindən sonra əla performans sərgiləyir. Komanda apreldə keçirdiyi 4 oyunun üçünü udub, bir dəfə isə heç-heçə edib.
Fikrimcə Qol/Qol bu matçda ən ağlabatan mərcdi.
Bayer L – Ayntraxt F 1
Hazırda leverkuzenlilər bundesliqada turnir cədvəlində 3-cü yerdədi. Amma “Leypsiq” cəmi 1 xal geridədi. Frankfurtlular isə bütün fikirlərini avrokuboka cəmləşdiriblər.
Meydan sahiblərinin qələbəsi daha inandırıcı görünür.
Borussiya M – Leypsiq QOL/QOL
“Borussiya” qeyri-sabit futbol sərgiləyir. Oyunları bəzən çox parlaq, bəzən isə aşkar bərbad alınır.
“Leypsiq”ə isə Çempionlar Liqasına düşmək üçün mütləq qələbə qazanmaq lazımdı. Düşünürəm ki, Qol/Qol gəlmək ehtimalı digər mərclərlə müqayisədə daha inandırıcıdır.