Kadi Borqes: “Təslim olmayacağıq”

Kadi Borqes: “Təslim olmayacağıq”

Konfrans Liqasının pley-off mərhələsinin sabah keçiriləcək “Qarabağ” – “Marsel” oyunundan öncə Ağdam təmsilçisinin futbolçusu Kadi Borqes mətbuat konfransına qatılıb. O, qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Bizi çox çətin oyun gözləyir. Rəqib çox güclüdür. İlk oyundan sonra bunun bir daha fərqində olduq. İlk matçı təhlil etmişik, orada buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əleyhimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik. Səfər oyununa yollanmazdan əvvəl bizi çətin matçın gözlədiyini bilirdik. Qol imkanlarından yararlansaydıq, bəlkə fərqli olardı. Bizdən fərqli “Marsel” əlinə düşən şanslardan yararlandı. Bakıdakı ab-hava hər kəsə bəllidir, dolu tribunalar bizi daim irəli səsləyir. Baş məşqçi də həmişə deyir ki, komanda olaraq xarakter göstərməliyik. Sabah da bu xarakteri görəcəksiniz. Əlimizdən gələni edəcəyik. Həmin qola imza atmaq böyük sevinc, xoşbəxtlikdir. Bu, təkcə mənim yox, bütün komandanın uğurudur. Bu, həm də onu göstərir ki, doğru yoldayıq. Ümid edirəm ki, bu, davamlı olacaq. Ən azı sabahkı matçda bunu göstərməyə çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

“Qoca sinyora” ardıcıl üçüncü dəfə

Növbəti yazı

London klubunun seriyası davam edir