Kadi Borqes: “Onların üzərinə getməklə qalib gələ bilərik”

Kadi Borqes: “Onların üzərinə getməklə qalib gələ bilərik”

Sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun görüşləri keçiriləcək. “Qarabağ” “Nant”la üz-üzə gələcək.

Ağdamlıların futbolçusu Kadi Borqes oyundan öncə mətbuat konfransında iştirak edib. Yarımmüdafiəçi fikirlərini bölüşüb:

“Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim. Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik. Çəkinmədən, qorxmadan həmişə etdiklərimizi reallaşdırmaqla, onların üzərinə getməklə qalib gələ bilərik. İnsanlarla ünsiyyət qururuq. Onlar öz kədərlərini bildirirlər. Ailə üzvlərini itirənlər də bir qəhrəmandır. Cəbhədə həyatını itirənlərin ailəsinə və yaxınlarına başsağlığı verirəm. Belə çətinliklərlə baş-başa qalmaq asan deyil. Biz meydanda oyunumuzla onları az da olsa sevindirməyə çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Rəqib qrupumuzda ən baxımlı futbol oynayan komandadır”

Növbəti yazı

Günün kuponu – 15.09.2022