Günün kuponu – 15.09.2022
“Qarabağ” – “Nant” – QOL/QOL
İyulun 5-dən bu yana “Qarabağ” avrokubok və milli çempionatda keçirdiyi 14 matçdan yalnız ikisində qol vura bilməyib : Polşada “Lex”ə (0:1) və Bakıda “Viktoriya Plzen”ə (0:0). “Qarabağ”ın hücum potensialı son bir ayda keçirdiyi 7 oyunun hamısında qapısında top görən “Nant”a da qol vurmağa imkan verir. Amma Azərbaycan çempionu həm də etibarsız müdafiəsi ilə diqqət çəkir. Fransızların bu müdafiəni yaracağını təxmin edirəm. Ona görə bu matç üçün qol /qol variantını uyğun sayıram.
“Monako” – “Ferentsvaroş” – 2,5 ÜST
“Monako” Fransa Liqasında qeyri-sabit çıxış etsə də, nəticədən asılı olmayaraq hər oyun qol vurur. Komanda ÇL, Avroliqa və Liqa-1 nəzərə alınmaqla bu mövsüm keçirdiyi 11 matçın birində belə meydanı qolsuz tərk etməyib. Eyni zamanda “Monako”nun etibarsız müdafiəsi var. Liqa-1-də 7 tura 12 qol buraxan “Knyazlıq klubu”na Macarıstan çempionunun qol vuracağını gözləyirəm. Bizim “Qarabağ”ın da ÇL-də rəqibi olmuş “Ferentsvaroş” son 2 ayda bütün turnirlərdə keçirdiyi 14 görüşün 13-də qol vurub.
Belədə bütün arqumentlər 2,5 üstə işarə edir.
“Bodo Qlimt” – “Sürix” – QOL/QOL
Hər iki komanda məhsuldarlığı ilə seçilən çempionatların təmsilçiləridir. “Qarabağ”ın bu yay məğlub etdiyi “Sürix” həm avrokubok, həm də İsveçrə superliqası daxil olmaqla son 11 matçın hamısında qol vurub.
Norveç çempionunda isə bu göstərici daha yüksəkdir : son 14 qarşılaşmanın hamısında qol! Fikrimcə, rahatlıqla qol/qol variantına mərc etmək olar.