Sürpriz kupon – 15.09.2022

Sürpriz kupon – 15.09.2022

“Lex” – “Austriya Vyana” – QOL/QOL

Qol vurub-buraxmağı “xoşlayan” iki komandanın dueli. “Lex” müdafiəsini “Qarabağ” la Bakıdakı oyunda əyani görmüşük. Vyana təmsilçisi üçün bu müdafiəyə qol vurmaq problem olmamalıdır. Həmçinin son 7 görüşdə meydanı qolsuz tərk etməyən Poznan klubunun özü də “Austriya”nın qapısına yol tapa biləcək gücdədir. Demək, qol/qol və ya 2,5 üst variantı daha real görünür. Mən 2,5 üstü seçirəm.

“Gent” – “Şemrok Rovers” – 1

Konfrans Liqasının bu qrupunda ilk turun hər iki oyunu qolsuz bitib. “Gent” “Molde” və İsveç “Yurqarden”i ilə mübarizənin daha çətin keçəyini nəzərə alıb, “Şemrok Rovers”i məğlub etməyə çalışacaq. İrlandiyalıların qrupa düşməyi özü artıq onlar üçün böyük uğurdur. Fikrimcə, Belçika səfərində onlara xal yoxdur.

“Köln” – “Slovaçko” – 2,5 ÜST

İlk turda öz meydanında “Partizan”la 3:3 oynayan Çexiya klubu üçün almanlarla qarşılaşma çox ağır olacaq. Amma “Köln”ün də müdafiə xətti əksər alman klubları kimi etibarlı deyil. Qarşılıqlı qollar gözlədiyim oyundur. Amma hər ehtimal 2,5 üstə mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 15.09.2022

Növbəti yazı

Tuxel üçün xüsusi jest