Jorjinyodan yeni rekord

Jorjinyodan yeni rekord

“Çelsi”nin futbolçusu Jorjinyo Premyer Liqada yeni rekorda imza atıb. İtaliya millisinin yarımmüdafiəçisi bir il ərzində penaltidən ən çox qol vuran futbolçu olub.

O, “Aston Villa” ilə XIX turun matçında (3:1) iki dəfə 11 metrlik nöqtədən fərqlənib. Jorjinyo bu dublla il ərzində Premyer Liqada penaltidən vurduğu qolların sayını 10-a çatdırıb.

Yarımmüdafiəçi “Aston Villa”nın baş məşqçisi Stiven Cerrardın rekordunu qırıb. “Liverpul”un sabiq futbolçusu 2014-cü ildə 9 penaltini qola çevirib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.12.2021

Növbəti yazı

“Çikaqo”dan hücumçu transferi