“Çikaqo”dan hücumçu transferi
“Çikaqo” heyətinə yeni basketbolçu qatıb. “Bulls” hücumçu Alfonzo Makkini ilə müqavilə imzalayıb.
29 yaşlı forvardla anlaşma mövsümün sonunadək nəzərdə tutulub. O, koronavirus pandemiyası dövründə NBA-da tam müqavilə bağlayan ilk basketbolçu olub.
Alfonzo mövsümə G-liqasında “Mexiko-Siti”də başlayıb. O, burada hər oyuna orta hesabla 24,1 xal toplayıb.