Joao Feliks “Çelsi”də

Joao Feliks “Çelsi”də

Joao Feliksin yeni klubu bəlli olub. Onun “Çelsi”yə keçidi rəsmiləşib.

Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb. Portuqaliyalı hücumçu “Atletiko”dan transfer olunub. Onunla 7 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu üçün 50+5 milyon avro ödənilib.

Qeyd edək ki, 2022/23 mövsümünün ikinci yarısında “Çelsi”də icarədə olan Joao 20 oyunda 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Noyerdən milliyə vida

Növbəti yazı

“Aston Villa”da yeni müqavilə