Jiru “Milan”la razılaşdı
Olivye Jiru “Milan”da qalacaq. Tərəflər müqavilənin uzadılması ilə bağlı razılıq əldə edib.
36 yaşlı fransalı hücumçunun yeni anlaşması 2024-cü ilin yayına qədər olacaq. O, bonuslarsız 3,8 milyon avro maaş alacaq.
Jirunun indiki anlaşması 2023-cü il iyunun 30-da başa çatacaq. O, cari mövsüm A seriyasının 24 oyununda 8 qol və 4 assistə imza atıb.