Byelsa millinin bir addımlığında
Marselo Byelsa Uruqvay millisinin baş məşqçisi olmağa yaxındır. Tərəflər arasında danışıqlar final mərhələsindədir.
Onunla müqavilənin DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər olması nəzərdə tutulub. Anlaşmada sonradan uzadılma bəndi də yer alacaq.
67 yaşlı mütəxəssisin son iş yeri “Lids” olub. Ö, 2022-ci ilin fevralında İngiltərə klubundan ayrılıb.