İznerdən dünya rekordu

İznerdən dünya rekordu

Con İzner tennis tarixində yeni rekorda imza atıb. 37 yaşlı tennisçi ATP turunda ən çox eys edən oyunçu olub.

O, “Uimbldon”un 3-ü mərhələsində rekordu yeniləyib. İlk iki qeymdəki 7 eys sayəsində İznerin aktivindəki belə xalların sayı 13 min 731-ə çatıb. O, bununla da İvo Karpoviçi arxada qoyub.

Bunadək rekorda sahib olan xorvatiyalı 13 min 728 eysin müəllifidir. O, karyerasını ötən il başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Superkubokun yeri dəqiqləşdi

Növbəti yazı

İkardi Premyer Liqa yolunda