İtaliyadan yeni dünya rekordu

İtaliyadan yeni dünya rekordu


İtaliya milli komandası yeni dünya rekorduna imza atıb. Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb. DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin V turunun İsveçrə ilə matçında qeydə alınan 0:0 hesablı heç-heçə apenninlilərin uduzmadığı 36-cı qarşılaşma olub.
Sonuncu dəfə 2018-ci ilin sentyabrında Millətlər Liqasında Portuqaliyaya 0:1 hesabı ilə uduzan Mançininin komandası Braziliya və İspaniyanın şərik olduğu dünya rekordunu arxada qoyub. Cənubi amerikalılar 1993-96, ispaniyalılar isə 2007-09-cu illərdə ardıcıl 35 oyunda məğlub olmayıb.

ETOPAZ

Əvvəlki yazı

46 milyonluq müqavilə

Növbəti yazı

Ronaldo rəqibinə sillə vurdu