Ronaldo rəqibinə sillə vurdu

Ronaldo rəqibinə sillə vurdu


DÇ-2022-nin seçmə mərhələsinin IV turunun Portuqaliya – İrlandiya matçında xoşagəlməz hadisə yaşanıb. Meydan sahiblərinin futbolçusu Kriştiano Ronaldo rəqibinə sillə vurub. Bu, 12-ci dəqiqədəki penalti epizodu zamanı yaşanıb. Hücumçu topu 11 metrlik nöqtəyə qoysa da, Dara O’Şi onu kənara vurub. Buna əsəbiləşən Ronaldo rəqibinə üzünə sillə ilişdirib. İrlandiyalı başını tutaraq yerə oturub. Baş hakim Matey Yuq onlardan heç birinə vərəqə verməyib. Ronaldo həmin penaltini qaçırıb.

ETOPAZ

Əvvəlki yazı

İtaliyadan yeni dünya rekordu

Növbəti yazı

Ronaldodan yeni dünya rekordu