İtaliya 3-cü yerin sahibi oldu

İtaliya 3-cü yerin sahibi oldu

Millətlər Liqasında 3-cü yerin sahibi bəlli olub. Buna bürünc medal uğrunda görüşdə aydınlıq gəlib.

Niderland İtaliya ilə qarşılaşıb. Hesab 6-cı dəqiqədə açılıb. Federiko Dimarko fərqlənib. Çox keçmədən appenninlilər Davide Frattesinin qolu ilə fərqi 2 topa çatdırıb. “Portağallar” isə ikinci hissədə istəyinə çatıb. Stiven Berqveyn adını tabloya yazdırıb. 4 dəqiqə sonra Federiko Kyeza yenidən fərqi 2 topa çatdırıb. Oyunda son nöqtəni isə Jorjinyo Vaynaldum qoyub – 2:3.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”da ayrılıq

Növbəti yazı

Koke “Atletiko”da qalacaq