İspaniyadan mütləq rekord

İspaniyadan mütləq rekord

İspaniya Çempionlar Liqasında rekorda nail olub. Ölkənin üç klubu turnirin 1/8 final mərhələsini uğurla keçməyi bacarıb – “Real” Madrid, “Atletiko” və “Vilyarreal”.

Pireneylilər bu mərhələdə ardıcıl 17-ci mövsümdür təmsil olunur. Bu isə turnir tarixinin rekordudur.

Qeyd edək ki, martın 18-də Nyonda Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Burak Yılmaz Çempionlar Liqasında üçüncü oldu

Növbəti yazı

Yokiç 10.000-ə çatdı