Burak Yılmaz Çempionlar Liqasında üçüncü oldu
“Lill”in futbolçusu Burak Yılmaz Çempionlar Liqasının tarixinə düşüb. O, ÇL-in 1/8 finalında “Çelsi”yə qarşı matçda (1:2) fərqlənərək buna nail olub.
Türkiyə millisinin üzvü penaltidən hesabı açıb. Bununla da, Burak (36 yaş 244 gün) ÇL-in pley-offunda qol vuran ən yaşlı üçüncü oyunçu olub.
Qeyd edək ki, bu göstəricidə ilk pillədə Rayan Qiqqz (37 yaş 148 gün), 2-ci yerdə Paolo Maldinidir (36 yaş 333 gün).