İspaniya yığmasının DÇ-2022-yə gedəcək heyəti bu tarixdə açıqlanacaq

İspaniya yığmasının DÇ-2022-yə gedəcək heyəti bu tarixdə açıqlanacaq

İspaniya yığmasının dünya çempionatına yollanacaq heyətinin açıqlanma vaxtı dəqiqləşib. Bunu “buğalar”ın baş məşqçisi Luis Enrike söyləyib.

Təcrübəli mütəxəssis noyabrın 11-də DÇ-2022-yə yollanacaq oyunçuların adlarını açıqlayacağını söyləyib. Siyahıda 26 futbolçu yer alacaq və komanda noyabrın 17-də Qətərin “El-Tumama” stadionunda İordaniya ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, İspaniya yığması DÇ-2022-nin E qrupunda Almaniya, Yaponiya və Kosta Rika ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Ulduz futbolçu holdinq qurdu

Növbəti yazı

La liqa dayandırılır