Ulduz futbolçu holdinq qurdu
Lionel Messi yeni holdinq yaradıb. PSJ-nin argentinalı ulduzu “Play Time Sports-Tech HoldCo LLC” şirkətini qurub.
Bu holdinq bütün dünyada idmana, KİV-ə və texnologiyalara investisiya qoyacaq. Şirkət yeni futbol texnologiyalarının yaradılmasına yardım edəcək.
Qeyd edək ki, Messinin holdinqi ABŞ-ın San-Fransisko şəhərində qərarlaşacaq.