İsmayıl İbrahimlidən yubiley

İsmayıl İbrahimlidən yubiley

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.

İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.

ETOPAZ

Əvvəlki yazı

“Flamenqo” dünya futbolu tarixinə düşdü

Növbəti yazı

Alveşə ölkəsindən dəstək