İnzaqiyə yeni təklif

İnzaqiyə yeni təklif

“İnter” baş məşqçi Simone İnzaqi ilə bağlı qərarını verib. A seriyasında sona bir tur qalmış çempionluq şansı az olsa da, klub rəhbərliyi 46 yaşlı mütəxəssisin fəaliyyətindən razıdır.

Bu üzdən italiyalı çalışdırıcı ilə yeni müqavilənin detallarının müzakirəsinə start verilib. Milanlılar İnzaqiyə daha bir il uzatmaq şərti ilə 2024-cü ilin yayına qədər sözləşmə təklif edib. Klub eyni zamanda onun 4,2 milyon avroluq illik maaşını 5,3 milyona artırmağı planlaşdırır. A seriyasında ikinci pillədə qərarlaşan “İnter” (81 xal) lider “Milan”dan 2 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan A seriyasına

Növbəti yazı

“Barselona” Levandovski ilə razılığa gəldi