“Barselona”dan A seriyasına
“Barselona”nın futbolçusu Martin Braytveyt İspaniya klubunu tərk edəcək. Danimarkalı hücumçu yay transfer pəncərəsində komandasını dəyişəcək.
La Liqa təmsilçisinin məşqçilər korpusu Martinə güvənmir. Forvardın özü isə daha çox oyun praktikası qazanmaq istəyindədir. A seriyasından bir neçə təklif alan Braytveyt karyerasını İspaniyada davam etdirməyi planlaşdırır.