“İnter”dən 6-cı Superkubok, İnzaqidən ilk

“İnter”dən 6-cı Superkubok, İnzaqidən ilk

İtaliya Superkubokunun qalibi müəyyənləşib. “İnter” “Yuventus”a əlavə vaxtda 2:1 hesabı ilə qalib gəlib.

Bu, baş məşqçi Simone İnzaqinin Milan klubunun sükanı arxasında ilk titulu olub. Ümumilikdə isə 45 yaşlı mütəxəssis baş məşqçi kimi karyerasında 4-cü titula yiyələnib. Bunlardan üçü Superkubokdur. O, “Latsio” ilə 2017-ci və 2019-cu illərdə Superkuboku qazanıb. İnzaqi paytaxt klubu ilə 2019-cu ilin İtaliya kubokunun da qalibidir.

“Neradzurra” tarixində 6-cı dəfə Superkuboka sahib çıxıb. Sonuncu dəfə milanlılar 2010-cu ildə bu uğura imza atmışdı.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.01.2022

Növbəti yazı

Tuxeldən rekord: 350 gündə 3-cü final