“İnter”də ayrılıq
“İnter”də ayrılıq baş verəcək. Edin Dzeko komandanı tərk edəcək.
Bosniya və herseqovinalı hücumçu İtaliya klubu ilə müqaviləni uzatmaqdan imtina edib. O, Milan təmsilçisinin 1 illik anlaşma təklifinin şərtləri ilə razılaşmayıb. Dzekonu müqavilədə göstərilən maaşın aşağı olmasından narazı qalıb.