Müller ”Bavariya”da qalacaq

Müller ”Bavariya”da qalacaq

Tomas Müller Səudiyyə Ərəbistanına köçmək təklifindən imtina edib. “Bavariya”nın 33 yaşlı yarımmüdafiəçisi ərəblərin 3 illik təklifinə “yox” cavabı verib.

Karyerasını üç il daha davam etdirmək istəməyən Müllər Almaniya təmsilçisinin heyətində xoşbəxt olduğunu bildirib. 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan Tomasın klubla razılaşması gələn il bitəcək. Daha bir il Münhen təmsilçisində oynadıqdan sonra karyerasını bitirməyi düşünən futbolçu “Bavariya”nın məşqçilər korpusunda yer almaq istəyir.  

e-Topaz

Əvvəlki yazı

Mahir Emreli: “Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”

Növbəti yazı

“İnter”də ayrılıq