“İnter” Sançesi satmaq istəyir
Aleksis Sançes “İnter”i tərk edə bilər. Klub çililini satmaq niyyətindədir.
Lakin Sançes bütün təklifləri rədd edib. Futbolçunun “Marsel”, “Sevilya”, “Qalatasaray” və “Vilyarreal”dan imtina etdiyi bildirilir.
Onun “neradzurri” ilə müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb. Lakin sözləşmə vaxtından əvvəl ləğv edilə bilər.