Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Oriqi “Milan” yolunda
“Liverpul”dan ayrılan Divok Oriqi karyerasını A Seriyasında davam etdirməyə yaxındır. O, “Milan”a keçməyə hazırlaşır.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, Oriqi bu gün tibbi müayinədən keçmək üçün Milana yollanacaq. Daha sonra isə 27 yaşlı hücumçu yeni klubu ilə müqavilə imzalayacaq.