“İnter” rekordunu təkrarladı

“İnter” rekordunu təkrarladı

İtaliya “İnter”i A seriyasındakı ardıcıl quru hesablı qələbələrin sayını 5-ə çatdırıb. Milanlılar XVIII turun səfər matçında “Salernitana”nın qapısından 5 cavabsız top keçirib.

Buna qədər “İnter” “Kalyari”ni 4:0, “Roma”nı 3:0, “Spesiya” və “Venetsiya”nı 2:0 hesabı ilə məğlub edib. Bu, klub tarixində 3-cü belə seriyadır. “İnter” 1989-cu və 1996-cı illərdə qeydə alınan rekordunu təkrarlayıb.

ETOPAZ

Əvvəlki yazı

Mülleri keçdi, Ronaldoya çatdı

Növbəti yazı

Edberq mükafatının sahibi bilindi