“İnter” Eriksenlə vidalaşdı

“İnter” Eriksenlə vidalaşdı

“İnter” futbolçusu Kristian Eriksenlə yollarını ayırıb. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Danimarkalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. AVRO-2020-nin iyunun 12-də keçirilən Danimarka – Finlandiya (0:1) matçında ürəyi dayanan Eriksenin karyerasını vətənində davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Kristianın müqaviləsi 2024-cü ildə başa çatmalı idi.

ETOPAZ

Əvvəlki yazı

Cənubi Amerika yığmaları Millətlər Liqasında

Növbəti yazı

Günün kuponu – 18.12.2021