Günün kuponu – 18.12.2021
“Atalanta” – “Roma” – 2,5 üst
“Roma” nın A seriyasında ardıcıl son 5 oyununda “yox/qol” qeydə alınıb. “Atalanta” ilə görüşdə isə çətin ki, belə ola. Hər iki komandanın hücum potensialı yüksəkdir. Qarşılıqlı qollar və ya 2,5 üst variantını deməklə, Amerika kəşf etmirik. Hər iki variantın əmsalı eyni olduğundan (1,58) daha etibarlı 2,5 üst variantını seçirəm.
“Herta” – “Borussiya Dortmund” qol/qol
Statistika “gəl-gəl” deyir: Dortmund klubu bu mövsüm səfərdə oynadığı bütün bundesliqa matçlarında qapısından qol buraxıb. Deməli, “Herta” ilə görüşdə də bu versiyaya inanmaq üçün əsas var.
Həmçinin “Borussiya” nın hücum xətti də möhtəşəmdir. Heyətdə ciddi itkilər ola-ola komanda demək olar, hər oyunda qol vurur. Nəticə, 16 tura 39 qol! Fikrimcə, qol /qol bu matçın “əyninə biçilib”
“Hoffenhaym” – “Borussiya Münhenqladbax” – 2,5 üst
Məhsuldar oyun gözləmək üçün əsas çoxdur. “Hoffenhaym” 16 turda 34 qol vurub, demək, hücum xətti işinin öhdəsindən gəlir. 16 oyuna 25 qol buraxan müdafiəni isə etibarsız saymaq olar.
Münhenqladbax klubu isə ardıcıl məğlubiyyətlərə son qoymaq üçün bütün potensialını sərf edəcək. Qısası, bol qollu oyun olacağını təxmin edirəm.