“İnter” 10 ildən sonra ilk dəfə

“İnter” 10 ildən sonra ilk dəfə

“İnter” son 10 ildə ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində qol vurub. Lautaro Martinez “Liverpul”la matçda (1:0) fərqlənib.

Milanlılar 2012-ci ildən bəri bu turnirin pley-off mərhələsində qol vura bilmirdilər. Komandanın son qolu “Marsel”i məğlub etdikləri matçda (2:1) vurulmuşdu.

“İnter” 2012-2018-ci illərdə turnirin final mərhələsində iştirak etməyib. 2018/19, 2019/20 və 2020/21 mövsümlərində isə milanlılar qrupdan çıxa bilməyib.

ETOPAZ

Əvvəlki yazı

Müller Anrini keçdi

Növbəti yazı

Lamarkusun durumuna aydınlıq gəldi