Müller Anrini keçdi

Müller Anrini keçdi

Tomas Müller Çempionlar Liqası tarixində bombardirlər siyahısında şəriksiz yeddinci yerdədir. “Bavariya”nın yarımmüdafiəçisi turnirin 1/8 finalının “Zalsburq”la matçında (7:1) dubl müəllifi olub.

O, bu görüşədək “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri ilə birlikdə 7-ci pilləyə şərik idi. Müller vurduğu iki qolla fransalı forvardı qabaqlayaraq 52 qol həddinə çatıb.

Çempionlar Liqası tarixinin ən sərrast oyunçuları siyahısında Müller yalnız Kriştiano Ronaldo (140), Lionel Messi (125), Robert Levandovski (88), Kərim Benzema (76), Raul Qonzales (71) və Ruud van Nistelroydan (56) geri qalır.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul” 15 matçdan sonra məğlub oldu

Növbəti yazı

“İnter” 10 ildən sonra ilk dəfə