İngiltərə İsveçrəyə rəqib oldu
AVRO-2024-də 1/8 final mərhələsi davam edir. Bu gün daha bir matç baş tutub.
İngiltərə Slovakiya ilə qarşılaşıb. Görüşdə hesabı slovakiyalılar açıb. İvan Şranz fərqlənib. Britaniyalılar yalnız son dəqiqədə məğlubiyyətdən xilas ola bilib. Cud Bellingem adını tabloya yazdırıb. Əlavə vaxtda isə Harri Keyn komandasını 1/4 finala daşıyan qolu vurub – 2:1.
Qeyd edək ki, İngiltərənin bu mərhələdəki rəqibi İsveçrə olacaq.