İmmobile klub tarixinin rekordunu təkrarladı

İmmobile klub tarixinin rekordunu təkrarladı

İtaliya A seriyasının XI turunda “Atalanta” ilə qarşılaşan “Latsio” məhsuldar heç-heçəyə nail olub. 2:2 hesabı ilə bitən görüşdə Roma təmsilçisinin ikinci qoluna Çiro İmmobile imza atıb.

Bu, 31 yaşlı hücumçunun “Latsio”da 159-cu qolu olub. Çiro klub tarixinin ən məhsuldar futbolçusu adına şərik çıxıb.

Rekordu təkrarlayan İmmobile 232-ci oyununda 159-a çatıb. Onun şərik olduğu Silvio Piola isə eyni sayda qola 243 matçda imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo DÇ-2026 arzusunda

Növbəti yazı

Sabiq komandasının qənimi