Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Ronaldo DÇ-2026 arzusunda
Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun yığma ilə bağlı planları bəlli olub. 36 yaşlı hücumçu DÇ-2026-da da çıxış etməyi planlaşdırır.
Hazırda yaxşı fiziki formada olan Ronaldo üçün DÇ-2026 sayca 6-cı mundial ola bilər. Həmin vaxt 41 yaşlı olacaq forvard artıq 4 dəfə final mərhələsində iştirak edib.
DÇ-2006, DÇ-2010, DÇ-2014 və DÇ-2018-in iştirakçısı üçün Qətərdəki DÇ-2022 sayca 5-ci, DÇ-2026 isə 6-cı olacaq. O, qarşıdakı çempionatda iştirak edərsə, hərəyə 5 mundiala qatılan Lotar Matteus, Rafael Markes və Antonio Karbaxala çatacaq.