İmmobile klub tarixinə düşdü

İmmobile klub tarixinə düşdü

“Latsio” A seriyasının 29-cu turunda “Venesiya”nı Ciro İmmobilenin vurduğu qolla məğlub edib. Fərqlənən ulduz futbolçu klub tarixinə düşüb.

Ciro ölkə çempionatlarında “Latsio” tarixinin ən məhsuldar oyunçusu olub. Komandanın heyətində A seriyasında qollarının sayını 144-ə çatdıran 32 yaşlı forvard bu baxımdan komandanın bombardirinə çevrilib. O, Silvio Piolanın rekordunu yeniləyib. Piola 1934-1943-cü illərdə 156 matçda 143 qol vurub. İmmobileyə isə rekordu ələ keçirmək üçün 201 görüş lazım olub.

 

ETOPAZ

Əvvəlki yazı

Benzemadan rekord

Növbəti yazı

Torreyra “Fiorentina”nın hədəfində