Benzemadan rekord

Benzemadan rekord

Madrid “Real”ı La Liqanın 28-ci turunda “Malyorka”nı məğlub (3:0) edib. “Kral klubu”nun futbolçusu Kərim Benzema matçda yeni rekorda imza atıb.

O, buna dubl etməklə nail olub. 34 yaşlı hücumçu karyerasında vurduğu qolların sayını 413-ə yüksəldib və Fransa futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib.

Benzema bundan əvvəlki rekordun sahibi Tyerri Anrini (411 qol) geridə qoyub.

ETOPAZ

Əvvəlki yazı

Koutinyo “Arsenal”ın hədəfində

Növbəti yazı

İmmobile klub tarixinə düşdü