İki ayda 3-cü çempionluq
Moskvada keçirilən “VTB Kreml kuboku” başa çatıb. Finalda Anett Kontaveytlə Yekaterina Aleksandrova qarşılaşıb. Estoniyalı tennisçi 4:6, 6:4, 7:5 hesabı ilə qələbə qazanıb.
Bu, Kontaveytin mövsümdə 3-cü, karyerasında 4-cü titul olub. O, son iki ayda üçüncü dəfə çempionluq yaşayıb.
Xatırladaq ki, “WTA-500” səviyyəli turnirin mükafat fondu 565 min 530 dollar təşkil edib.