Qeyri-adi “Uotford”
“Uotford” İngiltərə Premyer Liqasında qeyri-adi göstəriciyə imza atıb. Komanda son 5 səfər qələbəsini fərqli məşqçilərlə qazanıb.
IX turda “Everton”un qonağı olan “Uotford” 3 xala sevinib. Qonaq komanda 5:2 hesabı ilə qələbə əldə edib.
“Uotford”un Premyer Liqadakı son 5 səfər qələbəsi Xavi Qarsiya, Kike Sançes Flores, Naycel Pirson, Xisko Munyos və Klaudio Ranyerinin baş məşqçiliyə altında gerçəkləşib.