İkardi “Montsa”nın təklifini rədd etdi
PSJ-nin hücumçusu Mauro İkardi “Montsa”nın hədəfindədir. Lakin futbolçu klubun təklifini rədd edib.
İtaliya təmsilçisinin baş direktoru Adriano Qalliani argentinalını komandasında görmək istəsə də, forvard bundan imtina edib. İkardi klubun futbolçunu satmaq istəməsinə baxmayaraq PSJ-də qalmaq niyyətindədir.