Günün kuponu – 15.08.2022

Günün kuponu – 15.08.2022

“Liverpul” – “Kristal Pelas”  – 1

İngiltərə Premyer Liqasında 2-ci tur maraqlı oyunlar vəd edir. Açılış matçında xal itirən mersisaydlılar indi doğma azarkeşlər önündə bəraət almağa çalışacaq. Ardıcıl xal itkisi qırmızıların gələcək perspektivinə kölgə salacaq.

“Hetafe” – “Atletiko” – QOL/QOL

Bu həftədən etibarən La Liqada mübarizə başlayır. Maraqlı matçlardan biri “Atletiko”nun səfərdə “Hetafe” ilə görüşüdür. Çempionat yeni başladığından kimin qalib gələcəyini təxmin etmək asan deyil. İlk turda əksər klublar xal itirəcək. Ona görə qol\qol seçimi daha real görünür.

“Kasımpaşa” – “Fənərbağça” – QOL/QOL

İlk oyunda xal itirən sarı lacivərdlilər indi səfərə yollanır. Superliqa ilə yanaşı Avropa Liqasında da çıxış edən “Fənər” əsas gücünü avrokuboklara yönəldib. Bu oyunda da qonaqların qələbə qazanacağına inanmıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

İkardi “Montsa”nın təklifini rədd etdi

Növbəti yazı

Sürpriz kupon – 15.08.2022