İbrahimoviç meydanlara döndü
İtaliya çempionatında 23-cü turun oyunları keçirilib. “Milan” “Atalanta”nı məğlub edib – 2:0.
74-cü dəqiqədə “rossoneri”də əvəzləmə baş tutub. Fransalı Olivye Jiru yerini Zlatan İbrahimoviçə verib. Bu, 41 yaşlı isveçlinin 2022-ci ilin may ayından bəri “Milan”ın heyətində ilk rəsmi matçıdır. O, uzun müddət davam edən sağalma prosesindən sonra meydanlara dönüb.